Avtobus zolağına çıxan sürücüdən qanunsuz hərəkətlər: "Danq-danq" siqnalı da var - VİDEO

Qaydalar 23 İyul 2024 10:15 Oxunub 760
Avtobus zolağına çıxan sürücüdən qanunsuz hərəkətlər: "Danq-danq" siqnalı da var - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda yol hərəkəti qaydasını pozan sürücünün videosu avtomobildəki kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 20-də, paytaxtın Neftçilər prospektində baş verib. Belə ki, 90-BB-909 qeydiyyat nişanlı "Audi" markalı avtomobilin sürücüsü avtobus zolağı ilə hərəkət edərək tıxacda gözləyən sürücülərdən önə keçməyə çalışıb. Daha sonra avtobus zolağında çıxmağa çalışan sürücü görüntünü qeydə alan avtomobili sıxışdıraraq ona qadağan olunmuş səs siqnalı ilə xəbərdarlıq edib.

Qeyd edə ki, avtobus zolağı ilə hərəkət etdiyi üçün həmin sürücünü 40 manat məbləğində, qadağan olunmuş səs siqnalından istifadə etdiyi üçün isə 500 manatdan 800 manatadək cərimə gözləyir.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh