Avtobus zolağına girənlər bundan sonra belə cərimələnəcək – EKSPERTDƏN AÇIQLAMA - VİDEO

Qaydalar 10 İyul 2024 19:03 Oxunub 4014
Avtobus zolağına girənlər bundan sonra belə cərimələnəcək – EKSPERTDƏN AÇIQLAMA - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtda ictimai nəqliyyatın hərəkətinə mane olan sürücülərin müəyyənləşdirilməsi üsularında yenilik edilib.

Avtosfer.az xəbər verir ki, paytaxtdakı avtobuslarda bu ictimai nəqliyyatın zolağına daxil olan sürücülərin müəyyənləşdirilməsi üçün yeni texnologiya tətbiq ediləcək. Belə ki, avtobuslara quraşdırılan kameralar vasitəsilə zolaqda hərəkət edən digər nəqliyyat vasitələrinin video və fotosu çəkiləcək.

Nəqliyyat eksperti Elməddin Muradlı saytımıza açıqlamasında bildirib ki, yeni sistem paytaxtda ictimai nəqliyyatın inkişafına ciddi mənada təsir edə biləcək.

“Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərliyi tərəfindən bir neçə avtobusa əvvəlcədən test üçün quraşdırılan kameralar var idi. Testlərin nəticəsini müsbət dəyərləndirən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Daxili İşlər Nazirliyi bu kameraların bütün avtobuslarda quraşdırılması üçün işlərə başlayacağını bildirib. Video və fotosu aydın şəkildə kameralar vasitəsilə çəkilən avtomobillərin məlumatları dərhal mərkəzi informasiya sisteminə ötürüləcək. DİN-in mərkəzi informasiya sistemi tərəfindən qəbul edilən məlumatlardan sonra artıq həmin sürücülər barədə inzibati tənbeh tədbirləri görüləcək”.

Ekspert həmçinin qeyd edib ki, avtobus zolaqlarının olduğu hissədə avtomobillərin yolun bu hissəsindən istifadə edərək sağa dönməsi, yaxud belə arakəsmələrdən yola daxil olarkən avtobus zolağından qısamüddətli istifadə halalrı sürücülərdə müəyyən suallar yaradır.

“Belə halların qarşısı qısa müddətdə alınsın deyə bu vəziyyətdə avtobus zolağından istifadə edən sürücünün qayda pozub-pozmadığını müəyyən edilməsi problemə çevrilməyəcək. Əgər belə problemlər yaranarsa, sürüclər problemlə bağlı müraciət edə bilərlər. Avtobuslardakı kameralarla yanaşı şəhər kameraları da bu məsələdə sürücülərə kömək edəcək. Məsələnin mahiyyəti ondan ibarətdir ki, sürücülər harda kamera olduğunu yaxşı bilirlər və onlar kameraya çatana qədər avtobus zolağında hərəkət edib daha sonra öz zolaqlarına keçirlər. Şəxsi yol kimi belə zolaqlardan istifadə edirlər. “Harda boş yer gördün ora baş vur”  prinsipi ilə məsələyə yanaşanlar çoxdur”.

Elməddin Muradlı bildirib ki, məsələnin birdəfəlik həlli üçün avtobuslar buna artıq özləri nəzarət edə biləcək.

Qeyd edək ki, avtobus zolağında hərəkət etməyin cəriməsi artıq 40 yox, 60 manat təyin edilib.

Səfər Əlizadə

ŞƏRH YAZ
Ad

E-mail

Şərh