Reklam

Avtobus zolağına girənləri ictimailəşdirmək qanunidir? - VİDEO

Qaydalar 22 Noyabr 2021 00:32 Oxunub 1310
Avtobus zolağına girənləri ictimailəşdirmək qanunidir?  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı Nəqliyyat Agentliyi avtobus zolaqlarına daxil olan nəqliyyat vasitələrinin kamera görüntülərini artıq bir neçə dəfə ictimailəşdirib. Görüntülərdə avtomobillərin dövlət qeydiyyat nişanı açıq şəkildə nümayiş etdirilir. Qurumun bu addımı sürücülərin narazılığına səbəb olub. Onlar hesab edirlər ki, qayda pozuntusuna yol verilibsə, yalnız cərimə tətbiq etmək kifayətdir. Bəs görəsən bu məsələ qanunvericiliklə necə tənzimlənir? 

Bir müddətdir ki, avtobus zolaqlarına daxil olan nəqliyyat vasitələri kameralar vasitəsilə qeydə alınaraq ictimailəşdirilir. Görüntülərdə avtomobillərin necə qayda pozması ilə yanaşı,onların dövlət qeydiyyat nişanı da açıq şəkildə nümaiş etdirilir.

Bakı Nəqliyyat Agentliyinin müşahidə kameraları tərəfindən qeydə alınan bu görüntülərin ictimailəşdirilməsi əksər sürücülər tərəfindən birmənalı qarşılanmır. Onların sözlərinə görə, törətdikləri qayda pozuntusuna görə cərimə olunmaları kifayət edir.

Bəs qanunvericiliyə görə avtobus zolaqlarına daxil olan minik avtomobillərinin kameralar tərəfindən qeydə alınaraq ictimailəşdirilməsi nə dərəcədə doğrudur ? Hüquqşunas Anar Ramazanov deyir ki, İnzibati xətalar məcəlləsinin 51.2 maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkiliş, yaxud səsyazma aparılıbsa, barəsində inzibati icraat aparılan şəxsin və zərər çəkmişin razılığı olmadan həmin foto və ya video çəkiliş, yaxud səsyazma materialları kütləvi informasiya vasitələrində yayımlana bilməz.

Bakı Nəqliyyat Agentliyindən də məsələyə münasibət bildirilib.Qurumun mətbuat katibi Mais Ağayev qeyd edib ki, bu kimi videoların ictimailəşdirilməsində başlıca məqsəd avtobus zolağının tələbini pozmaqla eyni vaxtda yüzlərlə sərnişin üçün əlavə çətinliklər yaradanların ictimai qınağa çəkməkdir. ''İctimai qınaq cəmiyyəti narahat edən qayda pozuntuları ilə mübarizədə daha səmərəli mübarizə üsuludur. Həmçinin, bu kimi videolar ictimailəşdirilərkən bu iş qaydanı pozan şəxs barəsində məlumat onun şəxsiyyəti fərdiləşdirilmədən edilir. Buna görə də bu videolar şəxsi toxunulmazlıq hüququna müdaxilə kimi qiymətləndirilməməlidir''-deyə Mais Ağayev əlavə edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh