Avtobus zolağına girməyən "BakuBus" sürücüsündən qeyri-adekvat hərəkətlər - VİDEO

Bakıda yol hərəkəti qaydalarını pozan avtobus sürücüsü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə oktyabrın 22-də, paytaxtın 8 Noyabr prospektində baş verib.
Belə ki, "BakuBus" a məxsus 99-JO-672 qeydiyyat nişanlı avtobusun sürücüsü yüksək sürətlə hərəkət edərək manevr qaydalarını pozub. O, avtobus zolağından istifadə etməyərək lüzumsuz yerə zolaqları soldan sağa, sonra isə sağdan sola dəyişib. Yolayrıcına çatan zaman qarşısındakı avtomobili ötüb keçmək üçün bütöv xəttin tələbini pozaraq sol zolağa manevr edib. Daha sonra isə yenidən sağa zolağa yerdəyişmə edərək görüntünü qeydə alan sürücüyə təhlükə yaradıb.
İdarə etdiyi avtobusun qabariti böyük olduğuna görə, edilən hər bir manevr digər sürücülər üçün yüksək təhlükə hesab olunur.
Fərid
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO










