Avtobus zolağında nöqsan! - Sürücülər qayda pozmağa məcbur olur - VİDEO

Bakıda çəkilmiş avtobus zolağı sürücüləri qayda pozmağa vadar edir. Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın Atatürk prospektindən gedir.
Belə ki, avtobus zolağı digər zolaqlardan bütöv xətlə ayrıldığı üçün marşrut istiqamətini dəyişən sürücülər həmin xəttin tələbini pozurlar. Qeydə alınmış videogörüntüdən də aydın şəkildə görünür ki, müəyyən edilmiş marşrut üzrə hərəkət edən avtobusun sürücüsü istiqaməti dəyişən zaman bütöv xəttin tələbini pozur. Sürücü bunu məcburiyyətdən etsə də, faktiki qayda pozmuş hesab edilir.
Hərəkətin bu cür təşkili düzgün hesab edilmir. Əslində avtobus zolaqları təşkil edilən zaman həmin küçədən hansı marşrut xəttlərinin keçdiyi və onların istiqaməti müəyyənləşdirilməlidir. Daha sonra həmin istiqamətlər üzrə avtobus zolağına giriş-çıxış nöqtələri təşkil edilməlidir.
Ümid edirik ki, qeyd etdiyimiz nöqsan tezliklə AYNA tərəfindən aradan qaldırılacaq.
Bakı şəhərində hərəkətin təşkilinə cavabdeh olan qurumlar bu məsələyə də diqqət etsələr yaxşı olar. Avtobuslara nə qədər üstünlük verilməyindən asılı olmayaraq, onlar da digər sürücülər kimi qayda pozmamalıdırlar. Nişanlanma xətti nəyi tələb edirsə hər bir sürücü ona əməl etməlidir.
Fərid
Qırmızıda yolayrıcına girən mopedçi qəzadan güclə yayındı - VİDEO
Yolun ortasında sərnişin düşürən sürücü qəza şəraiti yaratdı - VİDEO
Yolayrıcına çatan kimi qaydaları unutdular - 77-RZ-198 və 01-CA-308 - VİDEO
Narkoman avtobus sürücüsü HƏBS EDİLDİ - VİDEO - YENİLƏNİB
Bu küçədə hamı "protiv" sürür - VİDEO
Hava limanı yolunda təhlükəli manevr edib sürücüyə qorxu dolu anlar yaşatdı - VİDEO
Bakıda sürücü piyadanı vurmaqdan son anda qurtuldu - ANBAAN VİDEO
İrada məhəl qoymayıb maşını əyri park edən sürücü hamıya mane oldu - FOTO
Dəmir yollarına vurulan zərər dövlətə vurulan zərərdir – ÇİNGİZ QƏNİZADƏ - VİDEO
Qırmızı işıqda gəldiyi kimi yolayrıcına girdi – 77-SF-681 - VİDEO
Yasamalda sürücülər enli səkini zəbt etdi – Piyadalar güclə keçdi - VİDEO












