Avtobus zolağında qol qaldırıb oynayan moto sürücü təkərin altında.. - VİDEO

Yollarda təhlükə yaradan motosiklet və moped sürücülərinin sayı dayanmadan artır. Təsadüfi deyil ki, son vaxtlarda baş vermiş yol qəzalarının böyük bir qismi motosiklet və mopedlərin iştirakıyla qeydə alınır. Qaydalara əməl etməyən, şou xarakterli hərəkətlər sərgiləyən moto sürücülər həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatını riskə atırlar.
Paytaxtın 8 Noyabr prospektində təhlükəli hərəkətlər edən motosiklet sürücüsü də qəzanın bir addımlığından dönüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə fevralın 8-də saat 17:58 radələrində qeydə alınıb. Belə ki, avtobus zolağında hərəkətdə olan motosiklet sürücüsü bir əli göydə, digər əlində mobil telefon tutaraq oynayıb və özünü videoya çəkib. Ardınca "performans"ını yekunlaşdıran sürücü qəfil fikrini dəyişərək qarşısındakı avtobusu ötmək üçün sol zolağa manevr edib. Bu zaman həmin zolaqda hərəkətdə olan maşının təkəri altında qalmaq təhlükəsiylə üz-üzə qalıb. Xoşbəxtlikdən görüntünü qeydə alan sürücü ehtiyatlı davranaraq baş verəcək qəzanın qarşısını alıb.
Nərmin
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO
Sürücü evakuatoru işıqforun altında saxlayıb hərəkətə maneə yaratdı – 77-TE-419 - VİDEO










