Avtobusda siqaret çəkən sürücüdən küçə söhbətləri: "Ölürsən işverənlikdən ötrü" - VİDEO

Bakıda avtobus sürücüsünün hərəkətləri sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, hadisə 10-TG-466 qeydiyyat nişanlı 93 saylı marşrut avtobusunda baş verib. Belə ki, sərnişin avtobus sürücüsünün siqaret çəkməsinə irad bildirib. Sürücü isə buna əhəmiyyət vermədən siqareti çəkməyə davam edib. Həmin anların videoya çəkildiyini görən sürücü bundan qəzəblənərək siqareti söndürməyəcəyini bildirib və eyni zamanda küçə söhbətləri etməyə başlayıb.
Qeyd edək ki, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsinin 10-cu maddəsinə (tütün çəkilməsinə icazə verilməyən yerlər) görə, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslar, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələri və taksi minik avtomobillərində də tütün çəkilməsinə icazə verilmir. Bu qaydanı pozan avtobus və taksi sürücüləri İnzibati Xətalar Məcəlləsinin 322.0.4-cü maddəsinə əsasən, 40 manatdan 50 manatadək cərimələnə bilər.
Nərmin
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO










