Reklam

Avtobusu dayanacaqdan kənarda saxladı: Sərnişinləri təhlükəyə atdı – VİDEO

Qaydalar 6 Aprel 2024 18:30 Oxunub 938
Avtobusu dayanacaqdan kənarda saxladı: Sərnişinləri təhlükəyə atdı – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtda yolun ortasında sərnişin mindirib-düşürdən avtobus sürücüsü tıxaca səbəb olub.

Avtosfer.az xəbər verir ki, bir neçə gün əvvəl İbarhim Məmmədov küçəsində 125 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99-JU-536 qeydiyyat nişanlı avtobusun sürücüsü dayanacağa daxil olmayıb. Yolun ikinci zolağında dayanaraq sərnişin mindirib-düşürüb. Bu da digər nəqliyyat vasitələrinin hərəkətinə mane yaradıb.

Həmçinin avtobus sürücüsü yolun hərəkət hissəsində dayandığı üçün sərnişinləri ciddi təhlükəyə atıb. Belə ki, avtobusdan düşən və minən sərnişinlər yolun hərəkət hissəsində dayanmalı olublar.

Qeyd edək ki, sözügedən sürücü piyadalara da problem yaradıb. O, avtobusu piyada keçidinin üzərində saxlayaraq həm avtomobillərin piyadalar görməsinə, həm də piyadalar rahat hərəkətinə mane olub.

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 346.3 maddəsinə əsasən, marşurut avtobusunun sürücüsü sərnişini düşürüb və ya mindirmək üçün dayancaqdan kənarda avtobus saxladıqda, yol polisi tərəfindən 100 manat və 4 bal miqdarında cərimələnir.

Məhəbbət Tərlanoğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh