Avtobusun qapılarını açıq qoyan sürücü sərnişinlərin həyatını təhlükəyə atdı - VİDEO

Avtobus sürücüsünün törətdiyi qayda pozuntusunun videosu sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, hadisə paytaxt ərazisindəki dayanacaqların birində baş verib.
Belə ki, 184 nömrəli xətt üzrə fəaliyyət göstərən avtobusun sürücüsü sərnişinləri götürdükdən sonra qapıları açıq vəziyyətdə hərəkətə başlayıb. Həmin zaman sərnişinlərin həyatı təhlükə altında qalıb.
Günün pik saatlarında sərnişinlər mənzil başına çatmaq üçün avtobusdan sallanaraq getməyə də razı olurlar. Lakin nə sərnişinlər, nə də buna şərait yaradan sürücülər qapıdan sallanaraq getməyin nə qədər təhlükəli olduğunu anlamırlar. Sərt döngələrdə, sərt tormozlamada və ya qəza zamanı sərnişinlər yıxılaraq həyatlarını itirə bilərlər. Ona görə də sürücülər belə vəziyyətdə qapıların bağlanmasını təmin etməlidirlər.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 342.1.1-ci maddəsinə görə, nəqliyyat vasitəsini qapıları bağlanmamış vəziyyətdə yerindən tərpətməyə və ya onun hərəkəti zamanı qapıları açmağa görə 40 manat məbləğində cərimə nəzərdə tutulub.
Fərid
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO










