Avtomobil idarəetmə hüququ olmayan şəxsə maşınını verən də cinayət məsuliyyəti daşıyır -ŞƏRH

Bir neçə gün öncə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Məlum olub ki, qəzanı nəqliyyat vasitəsini idarəetmə hüququ olmayan şəxs törədib. Yolu keçən 9 yaşlı qızı vurub, qız yerindəcə dünyasını dəyişib.
Sürücülük vəsiqəsi və nəqliyyat vasitəsini idarəetmə hüququ olmayan şəxslərin avtomobil sürüb, qəza törətməsi faktları var idi. Lakin bir neçə gün öncə baş verən hadisə bu məsələni daha da aktuallaşdırdı. Ümumiyyətlə, sürücülük vəsiqəsi və nəqliyyat vasitəsini idarəetmə hüququ olmayan şəxsin sükan arxasına keçib, qəza törətməsi kimi hallar yol verilməzdir.
Bununla yanaşı, diqqət etsək, görərik ki, xarici ölkələrin bəzilərində sürücülük təlimi birbaşa orta məktəblərdə keçilir və yol hərəkəti qaydaları məktəbdə öyrədilir. 16-17 yaşında imtahanı elə məktəbdə verib, sürücülük vəsiqəsi alırlar.
Bəs görəsən, bizdə belə bir qayda tətbiq oluna bilərmi? Bunun üçün nə etmək lazımdır? Ümumiyyətlə, avtomobil idarəetmə hüququ olmayan şəxsin sükan arxasına keçməsi nə dərəcədə doğrudur?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən hüquqşünas Fərhad Mehdiyevin sözlərinə görə, sürücülük vəsiqəsi və avtomobil idarəetmə hüququ olmayan şəxsə maşını verən də məsuliyyətə cəlb olunur:
“Sürücülük vəsiqəsi olmayan şəxslərin avtomobil sürməsinin cəriməsi 100 manatdır. Şəxs qəza törətsə, vurduğu şəxsə görə məsuliyyət daşıyır. Ziyanı sığorta şirkəti də ödəmir. Həmçinin maşını həmin şəxsə verən şəxs də məsuliyyətə cəlb olunur.
Əgər qəza törədən yetkinlik yaşında olmayan bir şəxsdirsə, kiminsə sağlamlığına xəsarət yetiribsə, avtomobilini verən insan da onunla birlikdə cinayət məsuliyyətinə ortaq olur”.
Hüquqşünas qeyd edib ki, maşını hüququ olmayan şəxsə verən cərimələnməlidir:
“Öz avtomobilini bu cür insana verən şəxs də məsuliyyətə şərikdir. Cinayətə, inzibati məsuliyyətə də şərik ola bilər. Vurduğu ziyanı da maddi qaydada ödəməlidir.
Sürücülük təliminin orta məktəblərdə keçilməsi siyasətdir. Bu nəqliyyat siyasətinə aid məsələdir. Mən olduğum xarici ölkələrdə belə bir məqamın şahidi olmamışam. Ayrıca kurslarda öyrədilir”.
Nəqliyyat eksperti Fərhad Eyyubov isə əlavə edib ki, şəxsi avtomobili olanlar bəzən övladlarına və ya yaxın adamlarına avtomobili sırf öyrənmək üçün verirlər:

“Sürücülük məsələsi, sürücülük hüququ uzun müddətdir ildən-ilə təkminləşdirilir. Müəyyən məsələlər xarici ölkələrin iş təcrübəsinə uyğunlaşdırılır. Bəziləri sırf öyrətmək üçün avtomobili verirlər. Əslində öyrənmə metodu hərəkət intensivliyi olan xüsusi yollarda olmalıdır. İndi bunu heç kimə qadağan etmək olmaz. Çünki öyrənməlidirlər.
Yüzlərlə sürücülük vəsiqəsi olmayanlar var ki, onlar bəzi yerlərdə sürürlər. Düzgün məsələ deyil. İnsanlar onlara fikir verməlidir. Ümumiyyətlə nəqliyyat vasitəsini içkili, narkotik qəbul edən şəkildə idarə etmək olmaz”.
Ekspertin sözlərinə görə, yol hərəkəti qaydaları bağçadan uşaqlara aşılanmalıdır:
“Elə məsələlər var ki, sürmə zamanı icazə verilmir. Hüququ cəhətdən bizdə hazırda sürücülük vəsiqəsi 18 yaşından sonra verilir. Bu məsələ bəzi ölkələrdə müəyyən yaş həddində nizamlanır. Orta məktəblərdə tədris olunmalıdır. Elə məktəblər var ki, nəqliyyat vasitələri və təlimçiləri yoxdur. Texniki cəhətdən mümkün olmadığından sürmə vərdişləri hər yerdə öyrədilmir. Hətta bizdə elə avtomobil sürücüləri üçün məktəblər var ki, sürücülər özləri qayda-qanunu, normativləri yerinə yetirmir. Elə insanlar var ki, yol hərəkəti qaydalarını çox gözəl bilir. Amma sürmə vərdişləri yoxdur. Nəqliyyat vasitələrini idarə edən zaman reaksiyaları zəif olur. Müəyyən yerlərdə nəqliyyat vasitələrini düzgün idarə edə bilmir. Ona görə də belə hadisələr olur”.
F.Eyyub bildirib ki, nəqliyyat vasitələrini idarə edənlərin təcrübəsi olmalıdır:
“Taksi sürücülərinin 3 ilə qədər təcrübəsi olmalıdır. Bu nöqteyi-nəzərdən sürücülük vəsiqəsi olmadan avtomobil sürənlərə mənfi münasibət bəsləyirəm. İctimaiyyət də buna icazə verməməlidir”.
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO










