Avtomobildə soyuq silah və küt alətlər gəzdirən sürücülər cəzalanmalıdır - Deputat - VİDEO

Avtomobildə soyuq silah gəzdirən sürücü məsuliyyətə cəlb edilə bilərmi? Məsələn, beyzbol çubuğu, beşbarmaq, bıçaq və küt alətlərin avtomobildə saxlanılması nə kimi məsuliyyət yarada bilər? Ümumiyyətlə, adları çəkilən bu əşyaların avtomobildə olmasına zərurət varmı və onlardan hansı məqsədlər üçün istifadə ediləcəyi bəlli deyilmi?
Avtosfer.az-ın qonağı olan Milli Məclisin deputatı Vüqar İskəndərov ekspert Elməddin Muradlı ilə bu məsələni müzakirə edib. Deputat deyib ki, avtomobildə soyuq silah gəzdirmək cinayətdən başqa bir şey deyil. “Hüquqda belə hallar tənzimlənir. Vətəndaş üzərində və yaxud avtomobilində qadağan olunmuş əşyaları, odlu və ya soyuq silahı gəzdirirsə məsuliyyətə cəlb edilməlidir. Bunu polis əməkdaşı görürsə yerindəcə məsələyə müdaxilə edib sözügedən əşyanı müsadirə etməlidir.”
Deputat onu da qeyd edib ki, gələcəkdə qadağan olunmuş əşyaların sayı artırılmalıdır. “Bununla bağlı qanunda dəyişiklik edilməlidir. Bəzi əşyaların adı ora əlavə edilməlidir. Üstəlik, İnzibati Xətalar Məcəlləsində xətanın forması dəyişdirilməli, yazılan cərimənin artırılması təmin edilməlidir. Düşünürəm ki, yeni tələbatlar artdıqca və dəyişikllikər həyata keçdikcə problemlər aradan qalxacaq”.
Nurlan Sakitoğlu
Avtobus sürücüsündən TƏHLÜKƏLİ MANEVR: Qəza şəraiti yarandı - VİDEO
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO










