Avtomobildən bayraq asan sürücülərə xəbərdarlıq- DİQQƏT - FOTO
Qaydalar
5 Oktyabr 2020 14:16
Oxunub 41370
Cəbhədə döyüşlər başlayan gündən bəri sürücülər avtomobillərin üzərinə Azərbaycan və Türkiyənin bayraqlarını asaraq həmrəy olduqlarını nümayiş etdirirlər. Bu addım alqışlanası haldır. Lakin bu gündən başlayan yağışlı havalara görə sürücülərə tövsiyə edirik ki, yağış yağan zaman bayrağın çirklənməməsi üçün onları müvəqqəti olaraq avtomobildən çıxartsınlar və ya avtomobilin salonu daxilində sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərti ilə şüşələrdən assınlar. Təqdim olunan əsas fotoda gördüyünüz kimi, bayraq islanıb və çirklənib, pis vəziyyətə düşüb. Bu isə yolverilməzdir.
Avtosfer.az buna nümunə olaraq sizə fotoşəilləri təqdim edir.
Fərid
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR