Avtomobildən siqaret kötüyü atanlarla bağlı maarifləndirmə tədbirləri keçirib - VİDEO

Paytaxtın bir sıra ərazilərində sürücülərlə yollarda təhlükəsizlik və ekoloji təmizlik mövzusunda maarifləndirmə tədbirləri keçirilib.
Avtosfer.az xəbər verir ki, sürücülər Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) əməkdaşları tərəfindən nəqliyyat vasitəsindən siqaret kötüyü və müxtəlif əşyaların atılması ilə məlumatlandırılıb.
Belə ki, keçirilən tədbirlər zamanı qolunu avtomobilin pəncərələrindən çölə çıxararaq sükan tutmaq qaydasını pozmaqla təhlükəli vəziyyət yaradan, siqaret kötüyünü yolun hərəkət hissəsinə atan sürücülər saxlanılıb və onlar qanunvericiliyin tələbi izah edilməklə maarifləndiriliblər. Sürücülərə belə davranışların bir daha təkrar edilməməsi ilə bağlı xəbərdarlıq edilib.
.png)
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis baş leytenantı Rüstəm Əhmədli saytımıza açıqlamasında deyib ki, paytaxt ərazisində ətraf mühitin təmiz saxlanılması, yollarda təhlükəsizliyin təmin olunmasi məqsədi ilə tədbirlər həyata keçirilib.

“Sürücü və sərnişinlərə qanunvericiliyin tələbləri izah olundu. Hərəkət istirikçılarindan xaiş olunur, nəqliyyat vasitələrinin hərəkəti zamanı təhlükəsizlik qaydalarına riayət etsinlər və təhlükə yaratmasinlar”.
Qeyd edək ki, sürücülər tərəfindən avtomobildən küçəyə atılan siqaret kötükləri və müxtəlif əşyalara görə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimələnə bilərlər.
Səfər
Bu küçədə qaydasızlıq baş alıb gedir: Sürücülər yolayrıcında xaos yaradır - VİDEO
Sürücülər Çin maşınlarını səkidə saxlayıb piyadalara mane olur - FOTO
"Sürücülərə bu halda tətbiq edilməlidir" - Cərimə balı sistemi - VƏKİL
Orta zolaqdan geriyə dönən qadın sürücü az qala qəza törədəcəkdi - VİDEO
Maşının işığını yolboyu yandırıb-söndürərək digər sürücüləri narahat etdi - VİDEO
Sürücü maşının qarşısına çıxıb qəza şəraiti yaratdı, üstəlik etiraz etdi - VİDEO
Qabağa düşmək istəyən sürücü sarı işıqda keçib tıxaca qaldı - VİDEO
Nakotikin təsiri altında traktor sürdü - Sürücülük hüququndan 2 illik məhrum edildi
Məhəlləarası yolda yarışa çıxdılar, yol polisi araşdırmaya başladı - VİDEO
Bu ərazidə avtobuslar taksilərin əlindən dayanacağa daxil ola bilmir - VİDEO
Maşını yolun ortasında park edib yoxa çıxan sürücünü DYP belə tapdı - FOTO











