Avtomobilə bu faralardan quraşdırmaq olar? - QANUN BELƏ DEYİR - VİDEO

Projektor faralar avtomobillərdə xüsusi işıqlandırma sistemi kimi istifadə olunur və əsasən gecə vaxtı müəyyən əraziləri dəqiq şəkildə işıqlandırmaq üçün nəzərdə tutulur. Bu tip faralar əsasən operativ nəqliyyat vasitələrində, yolsuzluq avtomobillərində və kənd təsərrüfatı texnikalarında geniş istifadə edilir.
Avropa İqtisadi Komissiyasının işıq cihazlarına dair qaydalarında projektor faralarla bağlı heç bir müddəa yoxdur. Lakin "Yol hərəkəti haqqında" qanunda bu faraların hansı şəraitdə istifadəsinə dair qaydalar müəyyən edilib. Qanuna əsasən, projektor faralardan yalnız yaşayış məntəqələrindən kənarda və qarşıdan nəqliyyat vasitəsi gəlmədikdə istifadə olunmasına icazə verilir. Yaşayış məntəqələrində isə yalnız operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin sürücüləri xidməti tapşırığı yerinə yetirərkən bu faralardan istifadə edə bilərlər.
Operativ nəqliyyat vasitələrinin sürücüləri bu faralardan ərazi axtarışlarında və ya hadisə yerini işıqlandırmaq məqsədilə istifadə edirlər. Digər nəqliyyat vasitələrinin və texnikaların sürücüləri isə projektor faralardan yalnız yolsuzluq şəraitində, məsələn, əkin sahələrində işləyərkən istifadə edə bilərlər. Normal yol şəraitində bu faraların üzəri mütləq şəkildə örtüklə bağlanmalıdır.
Bəs hansı projektor faraları avtomobillərə quraşdırmaq olar? Son zamanlar "projektor fara" adı altında müxtəlif LED işıqlar satışa çıxarılır. Lakin bu cihazlar əsl projektor faraları hesab olunmur və onların istifadəsi məsuliyyət yarada bilər.
Mütəxəssislər hətta adi projektor faraların da avtomobillərə quraşdırılmasını tövsiyə etmirlər. Səbəbi isə bu faraların 12 voltla işləməsinə baxmayaraq, yüksək amper tələb etməsidir. Onların gücü avtomobilin yaxın və uzaq işıqlarının gücünü aşa bilər. Bu isə avtomobilin enerji sərfiyyatını artırır və nəticədə naqillərin və ümumi elektrik sisteminin yüklənməsinə, hətta avtomobilin alışıb yanmasına səbəb ola bilər.
Fərid
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO
Sürücü evakuatoru işıqforun altında saxlayıb hərəkətə maneə yaratdı – 77-TE-419 - VİDEO










