Avtomobili təmirdə olan vaxtda sürücüyə cərimə yazıldı - VİDEO

Avtomobili təmirdə olan sürücü cərimələnib.
Avtosfer.az-ın məlumatına görə, Bakı sakini Sənan Paşayev belə iddia edir.
Onun sözlərinə görə, idarə etmədiyi avtomobilə görə ona cərimə yazılıb. Sürücü deyir ki, protokolda qeyd edilən tarixdə sözügedən ünvanda olmayıb və avtomobil uzun müddətdir ki, təmirdədir. Şikayətçi avtomobili texniki baxışdan keçirmədən idarə etməyə görə tərtib edilən protokolun ləğv edilməsi ilə bağlı aidiyyəti qurumlara müraciət edib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin Mətbuat xidmətindən bildirildi ki, nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının radar sistemində bir neçə fakt üzrə elektron oxunmasında texniki xəta olması, mərkəzi informasiya sisteminə avtomatik inteqrasiya prosesində hansısa sürücü barəsində cərimə tətbiq olunması ilə bağlı qərar olmayıb. Əsasən dövlət qeydiyyat nişanlarının çirkli olması, yol şəraitindən yaranan hallarda texniki vasitələr tərəfindən qeydəalınmada yanlışlıq baş verə bilər. Lakin sistemdə inteqrasiya prosesi zamanı bu cür istisnalar yoxlanılmaqla dərhal aradan qaldırılır və yalnız düzgün məlumatlar qeydə alınır.
Ətraflı videomaterialda.
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO
Bakıda tıxacdan qaçmaq istəyən sürücü polisdən qaça bilmədi - VİDEO
"AA" seriyalı avtomobilin sürücüsü yolu kəsdi - VİDEO
Şəhərin mərkəzində nişanlara məhəl qoymayan sürücü qaydanı pozdu - VİDEO
Yolayrıcını düzgün keçə bilməyən avtobus sürücüsü əks yola çıxıb maneə yaratdı - VİDEO








