Avtomobili yolun ortasına atıb gedən sürücülər hərəkəti çətinləşdirdi - VİDEO
Qaydalar 18 Noyabr 2020 13:30 Oxunub 2614
Avtomobili yolun ortasına atıb gedən  sürücülər hərəkəti çətinləşdirdi - VİDEO

Bakıda dayanma durma qaydasını kobud şəkildə pozan sürücülərin videosu sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, videogörüntü noyabrın 15-i paytaxın Svetlana Məmmədova küçəsində qeydə alınıb.

Belə ki, 10-VF-906 qeydiyyat nişanlı “Vaz 2107” markalı və 10-UJ-915 eydiyyat nişanlı “Mitsubishi” markalı avtomobillərin sürücüləri yolun sol kənarında (ayırıcı zolağın yanında) avtomobili park edərək hərəkəti qismən məhdudlaşdırıblar. “Mitsubishi” markalı avtomobilin üzərinə vurulmuş yazılardan məlumdur ki, həmin avtomobil sürücü təlimləri üçün fəaliyyət göstərir. Təlimçinin qaydaları bu cür kobud şəkildə pozması, onun necə təlimçi olduğunu əyani sübut edir.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh