Avtomobilin sol tərəfindən düşən sərnişinlərin diqqətinə! Cərimə olunacaqsınız - VİDEO

Əksər sərnişinlər avtomobilə hansı formada minib-düşməyi bilmirlər. Avtosfer.az xəbər verir ki, sərnişinlərin avtomobilə düzgün minib-düşə bilməməsi dəfələrlə qəzaya səbəb olub. Təqdim etdiyimiz videoda sərnişin sol tərəfdən düşərək arxadan gələn avtomobilə təhlükə yaradır. Sürücü qəzaya düşməmək üçün əks yola çıxmağa məcbur olub.
Sərnişinin avtomobildən bu cür düşməsi qayda pozuntusu sayılır?
"Yol hərəkəti haqqında" qanunun 41-ci maddəsində qeyd olunub ki,
nəqliyyat vasitəsinə yalnız xüsusi minik meydançasından, belə meydança olmadıqda isə, səkidən və ya yolun çiyini tərəfdən yalnız nəqliyyat vasitəsi tam dayandıqdan sonra minib-düşməlidir. Sərnişinlərin səki və ya yolun çiyini tərəfdən minib-düşməsi mümkün olmayan halda, onlar yolun hərəkət hissəsindən o şərtlə minib-düşə bilər ki, bu, təhlükəli olmasın vən hərəkətin digər iştirakçıları üçün maneə yaratmasın.
Bu qaydaya əməl etməyən sərnişinlər İnzibati Xətalar Məcəlləsinin 338.3-cü maddəsilə 30 manat məbləğində cərimə oluna bilərlər.
Fərid
Bütöv xətləri heçə sayıb ən sağ zolaqdan ən sola keçdi - 77-NV-052 - VİDEO
Əks yoldan gələn skuter sürücüsü yolayrıcında qəza şəraiti yaratdı - VİDEO
“BakuBus” sürücüsü maşını zolağından çıxmağa məcbur etdi - VİDEO
Qəfil sola manevr edib sürücüyə qorxulu anlar yaşatdı - VİDEO
Bu svetoforun əlavə bölməsi görünmür: Sürücülər boşuna dayanıb gözləyirlər - VİDEO
Bəzi sürücülərin hələ də bu qaydadan xəbəri yoxdur - Bu qədər cərimə və bal düşür - VİDEO
Qaydalardan bixəbər sürücülər motosikletçiyə çətin anlar yaşatdı - VİDEO
Sağ zolağı məşğul edib sola dönən sürücü hərəkətə mane oldu - VİDEO
Motosikletçi ona təhlükə yaradan sürücüyə görün zarafatla nə dedi - VİDEO
Bakıda sürücü nömrəsiz motosikletlə təhlükə saçdı - VİDEO
İki maşının arasından ötmə edən sürücü qorxulu anlar yaşatdı - VİDEO












