Avtomobillə adam vurub qaçan şəxs tutuldu

Oktyabrın 22-də saat 18 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi barədə Rayon Polis İdarəsinə məlumat daxil olub. Hadisə yerinə gələn istintaq-əməliyyat qrupu tərəfindən ərazi ətraflı müayinə olunub, zəruri tədbirlər həyata keçirilib. Məlum olub ki, yolu keçmək istəyən Binəqədi qəsəbə sakini, 77 yaşlı Xanım Nəbiyeva naməlum avtomobillə vurulub və o, hadisə yerində ölüb. Təxirəsalınmaz tədbirlərlə hadisənin “Lada Granta” markalı avtomobillə törədilməsi məyyən edilib. Əməliyyat-axtarış tədbirləri ilə həmin avtomobilin yeri müəyyənləşdirilib və onu idarə edən şübhəli şəxs qismində saxlanılaraq Polis İdarəsinə gətirilib.
İstintaqa təhvil verilən şəxsin Bakı şəhər sakini Akif Məmmədov olduğu məlum olub. Faktla əlaqədar Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb.
Natiq Cavadov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












