Avtomobillərdə bu cür reklam tablolarının yerləşdirilməsi qadağan edildi

Nazirlər Kabineti “Qaçan sətirlə yayımlanan reklamın təqdimolunma Qaydası”nı təsdiq edib. Bu Qayda televiziya proqramlarında (verilişlərində), açıq məkanda, teatr tamaşası, kino, konsert və digər kütləvi tədbirlər xidməti göstərilərkən qaçan sətirlə yayımlanan reklamın təqdim olunmasına qoyulan tələbləri müəyyən edir. Qaçan sətir reklamın elektron vasitələrlə mətnlə və (və ya) qrafiklə, hərəkət edən şəkildə verilməsidir. Nəqliyyat vasitələrində qaçan sətirlə reklam yayımlayan elektron tabloların yerləşdirilməsinə yol verilmir. Televiziya proqramlarında (verilişlərində) qaçan sətirlə reklamın yayımı xüsusi reklam bildirişi, yaxud “R” işarəsi ilə müşayiət olunmalıdır. Yayımlanan televiziya proqramının (verilişinin) kadrına qaçan sətirlə yerləşdirilən reklam kadrın aktiv hissəsinin 7 faizindən çox sahəsini tutmamalıdır. Qaçan sətirlə yayımlanan reklam alt yazıların, habelə açıqlama xarakterli yazıların üzərində yerləşdirilməməlidir. Qaçan sətirlə verilən elanların, xəbərlərin, anonsların və digər məlumatların yayımı zamanı qaçan sətirlə reklam yayımlana bilməz. Qaçan sətirlə yayımlanan reklam akustik (səsli) elementlərdən ibarət ola bilməz. Qaçan sətirlə verilən reklamın (sosial reklam istisna olmaqla) vaxtı televiziyada yayımlanan reklamın ümumi vaxtına daxildir. Milli Məclis sessiyalarının, rəsmi dövlət tədbirlərinin, Azərbaycan Respublikası Prezidentinin, baş nazirin, Milli Məclis sədrinin və Konstitusiya Məhkəməsi sədrinin çıxışlarının yayımı zamanı qaçan sətirlə reklam verilə bilməz. Siyasi verilişlərdə və xəbər proqramlarında qaçan sətirlə reklamın yayımlanmasına yol verilmir. Uşaq verilişlərində və dini proqramlarda (verilişlərdə) alkoqollu içkilərin qaçan sətirlə reklamı verilə bilməz. Azərbaycan Respublikası Prezidenti tərəfindən elan edilmiş matəm günlərində televiziya proqramlarında (verilişlərində) qaçan sətirlə reklamın yayımlanması qadağandır.
Birbaşa aid olduğu xidmət, ticarət və digər obyektlərin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran, habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə qaçan sətirlə yerləşdirilən elanlar, həmçinin dövlət orqanlarına aid lövhələr reklam daşıyıcıları hesab edilmir. Avtomobil yollarının torpaq sahəsində qaçan sətirlə reklam yayımlayan qurğuların yerləşdirilməsi qadağandır. Açıq məkanda qaçan sətirlə reklam yayımlayan qurğular yerləşdirildiyi ərazinin estetik görünüşünə xələl gətirməməli, mühəndis qurğuları üzərində yerləşdirildikdə isə estetik və konstruksiya baxımından həmin qurğunun ümumi görkəmini pozmamalıdır. Reklam, o cümlədən sosial reklamla bağlı sifariş olmadığı halda, reklam qurğusunun reklam mətni olmadan və yaxud təsvirsiz qalmasına yol verilmir. Qaçan sətirlə reklam yayımlayan qurğuların reklam səthinin aşağı hissəsində reklam qurğusunun mülkiyyətçisi, onun əlaqə nömrəsi və reklam yerinin nömrəsi barədə məlumat yerləşdirilməlidir.
Teatr tamaşası və kino xidməti göstərilərkən, qaçan sətirlə reklam teatrın və kinoteatrın foyesində, konsert və digər kütləvi tədbirlərin keçirildiyi zallarda isə onlar başlamazdan əvvəl yayımlana bilər. Teatr tamaşasının gedişində, kinofilmlərin (əvvəli istisna olmaqla), konsertlərin və digər tədbirlərin nümayişi zamanı qaçan sətirlə reklamın yayımlanması, o cümlədən qaçan sətirlə reklamın yayımlanan filmin kadrına yerləşdirilməsi qadağandır.
Emin
Sol zolaqdakı maşını sıxışdırıb qəza şəraiti yaratdı - 77-VF-202 - VİDEO
Sürücü keçidi keçən qadına yol verməyib təhlükə yaratdı - VİDEO
Avtobusda təhlükəli anlar: Gənclər qapıdan sallanaraq həyatlarını riskə atdı - VİDEO
Qırmızı işıqdan yayınan sürücü əks yola çıxıb qarşıdan gələnlərə maneə yaratdı - VİDEO
Bütün sürücülər qaydaları ondan öyrənib: "40 manat cərimə olunmuşam" - VİDEO
Cərimələrlə bağlı yeni qayda tətbiq oluna bilər - VİDEO
Tıxacda qalmamaq üçün sağ zolağa keçən sürücü avtomobillərin yolunu kəsdi - VİDEO
Əks istiqamətə çıxıb yolu kəsən sürücü 150 manatlıq qayda pozdu - 10-OJ-999 - VİDEO
Prospektdə “BYD” sürücüsü yolu “yarış zolağına” çevirdi - 90-YC-116 - VİDEO
Öz “qaydaları” ilə hərəkət edən sürücü əks yola çıxıb qırmızı işıqda keçdi - VİDEO
Bir çox sürücünün bilmədiyi qayda: 100 manat və 3 ballıq cərimə - VİDEO








