Avtoservislər piyadaların yolunu kəsib, sürücülərə tıxac yaradır: "Haqq veririk..." - VİDEO

Avtoservislərin önündə parklanan avtomobillər hər gün piyada və sürücülər üçün maneə yaradır. Bununla bağlı vətəndaşlar saytımıza müraciət edərək görüntülər göndəriblər.
Avtosfer.az xəbər verir ki, bu hal Keşlə qəsəbəsi, Babək prospektindən Nizami Abdullayev küçəsinə girişdə qeydə alınıb. Belə ki, küçədə yerləşən avtoservislərin önündə, yolun hər iki istiqamətində parklanan avtomobillər həm piyadaların, həm də sürücülərin yolunu kəsir. Hətta iki avtomobil eyni anda üz-üzə gəldikdə biri geriyə gedib digərinə yol verməli olur. Sürücülərlə yanaşı piyadalar da yolun hərəkət hissəsi ilə getməyə məcbur olurlar. Avtoservislər məsələ ilə bağlı bildirirlər ki, buna görə vergi və “haqq” ödəyirlər. Vergi ödəmək mütləqdir. Lakin vətəndaşların haqqı olan yolu bağlamaq üçün “haqq”ı kimə və necə ödəmək olar?
Ümid edirik ki, problem tez bir zamanda öz həllini tapacaq. “Haqq” ödəyən avtoservislərə görə vətəndaşlar yolsuz qalmaz və həyatlarını təhlükəyə atmaz.
Məhəbbət Tərlanoğlu
Avtobus sürücüsündən TƏHLÜKƏLİ MANEVR: Qəza şəraiti yarandı - VİDEO
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO










