Avtoxuliqanlıq edib tabesizlik göstərən şəxs həbs edildi: sürücülük vəsiqəsi əlindən alındı - VİDEO (Yenilənib)

Avtoxuliqanlıq edib tabesizlik göstərən Elşən Abdullayevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.
Bu barədə Avtosfer.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, müvafiq qərarla Elşən Abdullayevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 20 sutka inzibati qaydada həbs edilib.
**
Sosial şəbəkələrdə DYP əməkdaşlarına tabesizlik göstərən sürücünün görüntüləri yayılıb.
DİN-in Mətbuat Xidmətindən yayılan görüntülərə aydınlıq gətirlib.
Avtosfer.az xəbər verir ki, avqustun 8-də saat 17:30 radələrində paytaxt ərazisində yol-hərəkəti qaydalarını pozaraq təhlükəli manevrlər etməklə insanların həyat və sağlamlığına real təhlükə yaratdığına görə VAZ-2107 markalı avtomobilin sürücüsünə DYP əməkdaşları tərəfindən “Saxla” işarəsi verilib. Lakin avtomobilin sürücüsü buna məhəl qoymayaraq əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən avtoxuliqanlıq hərəkətlərini davam etdirib.
Görülən tədbirlərlə sürücü — 1995-ci il təvəllüdlü Abdullayev Elşən Teyfur oğlu Nəsimi rayonu ərazisində saxlanılıb. O, saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq müqavimət göstərib.
E.Abdullayev barəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib.
Bu küçədə qaydasızlıq baş alıb gedir: Sürücülər yolayrıcında xaos yaradır - VİDEO
Sürücülər Çin maşınlarını səkidə saxlayıb piyadalara mane olur - FOTO
"Sürücülərə bu halda tətbiq edilməlidir" - Cərimə balı sistemi - VƏKİL
Orta zolaqdan geriyə dönən qadın sürücü az qala qəza törədəcəkdi - VİDEO
Maşının işığını yolboyu yandırıb-söndürərək digər sürücüləri narahat etdi - VİDEO
Sürücü maşının qarşısına çıxıb qəza şəraiti yaratdı, üstəlik etiraz etdi - VİDEO
Qabağa düşmək istəyən sürücü sarı işıqda keçib tıxaca qaldı - VİDEO
Nakotikin təsiri altında traktor sürdü - Sürücülük hüququndan 2 illik məhrum edildi
Məhəlləarası yolda yarışa çıxdılar, yol polisi araşdırmaya başladı - VİDEO
Bu ərazidə avtobuslar taksilərin əlindən dayanacağa daxil ola bilmir - VİDEO
Maşını yolun ortasında park edib yoxa çıxan sürücünü DYP belə tapdı - FOTO











