Parklanma yerlərində bu tələblərin hamısı QANUNSUZDUR - DİQQƏT!
Parklanmaya görə nağd ödənişlər qanunsuzdur.
1 - Kimsə sizdən rəsmi parkinq yerində nağd pul istəyirsə, qanunsuzdur.
2 - Kİmsə axşam saat 10-dan sonra sizdən rəsmi parkinq yerində pul istəyirsə, qanunsuzdur.
3 - Kimsə bazar günü rəsmi parkinq yerində sizdən pul istəyirsə, bu da qanunsuzdur.
Söhbət yerüstü parkinq yerlərindən gedir.
Azərbaycanda bazar günü və hər gün axşam saat 10-dan səhər saat 7-yə qədər parkinq pulsuzdur. Parklanma yerlərində ödənişlər yalnız onlayn qaydada həyata keçirilir.
Bəziləri axşam saat 10-dan sonra AzParkinq-in əməkdaşları ərazini tərk edən kimi və bazar günü əraziyə gələrək vətəndaşları aldadır və deyir ki, bazar günü və axşam saat 10-dan sonra parklanmaya biz baxırıq. Bütün bunlar qanunsuzdur və heç kimə ödəniş etməyə bilərsiniz...
Elməddin Muradlı