Ayağını "şitə" qaldıran xanım sürücü trendə düşməyə çalışdı - VİDEO

Qaydalar 31 İyul 2024 16:28 Oxunub 522
Ayağını "şitə" qaldıran xanım sürücü trendə düşməyə çalışdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsində xanım sürücünün qayda pozuntusunu əks etdirən video yayılıb.  

Avtosfer.az xəbər verir ki, sürücü Nərgiz Cəfərzadə idarə etdiyi 77-PJ-818 qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobillə hərəkət zamanı ayağını qaldıraraq sürətlər panelinin üzərinə qoyub.

O, özünü çəkərək "TikTok" hesabında paylaşıb və bununla trendə düşməyə çalışıb.

Qeyd edək ki, bu cür hərəkət çox təhlükəli hərəkətdir. Qəza baş verən zaman bu ayaq və onurğa sınması ilə nəticələnə bilər.

Könül Rauf

ŞƏRH YAZ
Ad

E-mail

Şərh