Azərbaycanda bu yollar pullu olacaq - Prezident qanuna dəyişiklik etdi

Bu gün Prezident İlham Əliyev "Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə yeni qanunu təsdiq edib. Avtosfer.az xəbər verir ki, bununla da qanunda aşağıdakı dəyişikliklər olunub:
1. 19-1-ci maddə üzrə:
1.1. birinci hissədə "yerli və respublika əhəmiyyətli avtomobil yollarında” sözləri "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi avtomagistrallarda” sözləri ilə əvəz edilsin;
1.2. üçüncü hissə aşağıdakı redaksiyada verilsin:
"Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hər bir avtomagistral ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləğini avtomobil yolunun dərəcəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.”.
2. 19-2-ci maddə üzrə:
2.1. birinci hissə aşağıdakı redaksiyada verilsin:
"Avtomagistraldan ödənişli yol kimi istifadə edilməsi, habelə yeni ödənişli avtomagistralın tikilməsi barədə qərarı müvafiq icra hakimiyyəti orqanı qəbul edir.”;
2.2. dördüncü hissənin ikinci abzasında"ödənişli”sözündən sonra"bələdiyyə və ya özəl”sözləri əlavə edilsin;
2.3. beşinci hissədə "Avtomobil” sözü "Bələdiyyə və ya özəl avtomobil” sözləri ilə əvəz edilsin;
2.4. altıncı hissə aşağıdakı redaksiyada verilsin:
"Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi avtomagistraldan ödənişli yol kimi istifadə edilməsi ilə bağlı məlumatın formasını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.”;
2.5. aşağıdakı məzmunda yeddinci hissə əlavə edilsin:
"Əhalinin məlumatlandırılması üçün mövcud və ya tikilməsi nəzərdə tutulmuş bələdiyyə və ya özəl avtomobil yolunun ödənişli yol kimi istifadə edilməsi barədə qərar bələdiyyə və ya özəl avtomobil yolunun sahibi tərəfindən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi avtomagistraldan ödənişli yol kimi istifadə edilməsi barədə məlumat isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən yolun istifadəsinə 30 gün qalmış kütləvi informasiya vasitələrində yayımlanmalıdır.”.
3. 19-3-cü maddəyə aşağıdakı məzmunda altıncı hissə əlavə edilsin:
"Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi avtomagistraldan ödənişli yol kimi istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.”.
4. 19-4-cü maddə üzrə:
4.1. birinci və ikinci hissələrdə "Ödənişli” sözündən sonra "bələdiyyə və ya özəl" sözləri əlavə edilsin;
4.2. aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:
"Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi avtomagistraldan ödənişli əsaslarla istifadənin dayandırılması və belə istifadəyə xitam verilməsi hallarını və qaydasını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir”.
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB
Avtoxuliqanlıq edən sürücü 15 sutka HƏBS EDİLDİ - FOTO
Yükü yola tökülə biləcək halda daşıyıb sürücüləri təhlükəyə atdı - VİDEO
Əks yola çıxan sürücü qarşıdan gələnlərə qəza şəraiti yaratdı - VİDEO












