Azərbaycanda dəhşətli qəzada ölənlərin ikisi həkim imiş - Adlar

Ötən gecə Şəki rayonunda baş vermiş dəhşətli qəzada ölən 4 nəfərin şəxsiyyəti müəyyənləşib. Avtosfer.az-ın Lent.az-a istinadən məlumatına görə, Yevlax-Zaqatala-Gürcustan sərhədi magistral yolunda “Mercedes” markalı iki minik avtomobilinin toqquşması nəticəsində Rusiya Federasiya vətəndaşları 1962-ci il təvəllüdlü Olqa Lesnikova, 1972-ci il təvəllüdlü Oksana Maskolnikova, 1959-cu il təvəllüdlü Şamil Mehdiyev və 1949-cu ildə anadan olmuş Rafael Qasımov vəfat edib. 1996-cı il təvəllüdlü Murad Bağırov, 1992-ci il təvəllüdlü Elvin Qasımlı, 1963-cü il təvəllüdlü İsa Abbasov və Rəşad Aslanlı isə Mingəçevir şəhər xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin ağır və orta-ağır olduğu bildirilir.
Bildirilir ki, qəzada ölən qadınlar Rusiya Federasiyasından Azərbaycana qonaq gəlibmiş. Onların ikisi də ixtisasca həkimdir. Digər ölən iki nəfər isə əslən Şəmkir rayonundandır və uzun müddət Rusiyada yaşayıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












