Azərbaycanda kreditlərə zamin duran şəxsləri nə gözləyir?

Bu günlərdə “Rabitəbank”dan götürülən kreditə görə zamin durmuş 28 yaşlı Vahid Kərimovun həbs edilməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə aparılan müzakirələrdən və mətbuatda tirajlanan yazılardan da görünür ki, artıq kredit götürən şəxslərə zamin duranlar narahatlıq içindədirlər. Avtosfer.az xəbər verir ki, bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov məsələ ilə bağlı aznews.az-a danışıb.
Ə.Həsənov sözügedən şəxsin həbs edilməsilə cəmiyyətə mesaj verildiyini deyib: “Məhkəmədə mənim suallarım cavabsız qaldı. Kredit götürən şəxsi və ona zamin duran digər 2 zamini bank və məhkəmə təqib etmir, amma zaminin biri təqib edilir. Niyə? Bu, əsas məsələlərdən biridir. Açıq-aşkar qərəz var. Təbii ki, kimsə kiməsə zamin durursa ondan nəsə tələb oluna bilər. Lakin atılmış bu addım bir növ ictimaiyyətin, əhalinin reaksiyasını yoxlamaq xarakteri daşıyır. Əgər biz passiv olsaq, etiraz bildirməsək, Avropa Məhkəməsinə getməsək, dövlət rəhbərliyinə bununla bağlı şikayət etməsək, qanunsuz halların sayı artacaq. Hətta onların ayağı yer alacaq ki, gəlin qorxudaq.
Əkrəm Həsənov

Zaminin həbs olunmasında bir məqsəd var-qorxutmaq. Bu, qanunsuzdur və biz bunu isbat edəcəyik”.
Ə.Həsənovun fikrincə, borc alıb onu ödəyə bilməyən şəxsi həbs etmək olmaz:
“Bunun özü qanunsuzdur. Zamin yoxdursa, borcu alan şəxs də onu qaytara bilmirsə, demək ki, həmin borcu ödəmək iqtidarında deyil. Buna görə onun həbs olunması bizim qanunlarla yanaşı Avropa Konvensiyasına ziddir”.
Qeyd edək ki, “Rabitəbank”dan kredit götürən şəxsə zamin duran 28 yaşlı Vahid Kərimov həbs edilib. Belə ki, kredit götürən şəxsin “Rabitəbank”a 7225,7 manat borcu olub. Həmin kredit üzrə banka girov qoyulub və 3 nəfər zamin olub. Martın 11-də Səbail rayon məhkəməsinin hakimi Rauf Əhmədov zaminlərdən biri olan 28 yaşlı Vahid Kərimovun həbs edilməsi barədə qərar verib.
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB
Avtoxuliqanlıq edən sürücü 15 sutka HƏBS EDİLDİ - FOTO
Yükü yola tökülə biləcək halda daşıyıb sürücüləri təhlükəyə atdı - VİDEO
Əks yola çıxan sürücü qarşıdan gələnlərə qəza şəraiti yaratdı - VİDEO
Avtobus zolaqlarına daxil olan maşınlara nəzarət artmalıdır - DEPUTAT
Cərimə meydançasında maşının saxlanılmasına görə ödəniş məbləği niyə artırılıb? - EKSPERT











