Azərbaycanın tanınmış sehrbazı faciəvi şəkildə öldü – FOTO

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Muğanlı-İsmayıllı yolunun Talıstan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Yolda hərəkətdə olan “VAZ 2106” markalı minik avtomobilinin şini partlayıb və sürücü təkəri dəyişmək üçün yoldan keçən “VAZ 2107” markalı minik avtomobilini saxlayaraq onun sürücüsündən kömək istəyib. Avtosfer.az-ın xeberle.com-a istinadən verdiyi məlumata görə, “VAZ 2107” markalı minik avtomobilinin sürücüsü, Sumqayıt şəhəri, Corat qəsəbə sakini Mustafayev Xalid Rauf oğlu sürücü yoldaşına kömək məqsədilə avtomobildən yerə düşərkən ehtiyatsızlıq edib və yolda hərəkətdə olan “Ford” markalı yük avtomobili onu vurub. Xalid Mustafayev ağır kəllə beyin travması və bədənin müxtəlif nahiyələrinin sınıq və əziyi diaqnozu ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Xalid Mustafayev Sumqayıtda sehrbaz, illuziyaçı kimi tanınırdı. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












