"Azpetrol" və "Socar"ın yanacaq daşıyan maşınları gecələr yarışa çıxırlar - VİDEO

Bakıda yanacaq daşıyan yük avtomobillərinin təhlükəli şəkildə hərəkət etmələri kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Belə ki, "Socar" yanacaqdoldurma məntəqəsinə məxsus 99-JU-715 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü getdiyi marşrut üzrə yüksək sürətlə hərəkət edib. Eyni zamanda təhlükəli manevrlər edərək digər sürücülərin də həyatı üçün təhlükə yaradıb. Daha sonra dairəvi hərəkət təşkil edilmiş yolayrıcına daxil olarkən üstünlüyə malik olan nəqliyyat vasitələrinə yol vermədən hərəkət edib və yüksək sürətlə gözdən itib.
Eyni hal "Azpetrol" yanacaqdoldurma məntəqəsinə məxsus avtomobillə də törədilib. Belə ki, 90-JO-755 qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü yüksək sürətlə hərəkət edərək dairəvi hərəkət təşkil edilmiş yolayrıcına daxil olub və təhlükəli şəkildə yoluna davam edib. Sürücü növbəti yolayrıcında manevr qaydalarını kobud şəkildə pozaraq digər yük avtomobilini ötməyə çalışıb. Hər iki sürücü yolda müəyyən olunmuş hərəkət sürətini aşaraq təhlükə saçıb.
Qeyd edək ki, dəfələrlə yanacaq daşıyan avtomobillərin iştirakı ilə qəzalar baş verib. Nəticədə yanacaq dağılaraq güclü yanğınlar səbəb olub. Bu, həmin sürücü ilə yanaşı digər hərəkət iştirakçılarının həyatı üçün də təhlükəlidir. O cümlədən yol kənarında olan obyektlərə və yol infrastrukturuna ciddi ziyan vurulması ilə nəticələnə bilər. Bunlar hamısı sürücünün xırda bir səhvi ilə baş verir.
Bu səbəbdən onlara ciddi nəzarət olunmalıdır. Burada həmin sürücülərə cavabdeh olan şirkət GPS vasitəsilə sürücülərin hərəkət sürətini izləməli və belə halların baş verməməsi üçün öncədən ciddi şəkildə təlimatlandırmalıdır.
Fərid
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO
Sürücü evakuatoru işıqforun altında saxlayıb hərəkətə maneə yaratdı – 77-TE-419 - VİDEO










