Banner

Azyaşlı Heydər Əliyev prospektində velosipedin qabağını qaldırıb sürdü - VİDEO

Qaydalar 17 Noyabr 2025 13:00 Oxunub 2144
Azyaşlı Heydər Əliyev prospektində velosipedin qabağını qaldırıb sürdü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xırdalanda velosipedlə hərəkətdə olan yeniyetmə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq təhlükəli vəziyyət yaradıb. 

Avtosfer.az xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində azyaşlı sürdüyü velosipedin ön təkərini qaldıraraq idarə edib.

Hadisə zamanı həm digər sürücülər, həm də yoldan keçən piyadalar üçün real təhlükə yaranıb. Bu cür davranış qəza riskini xeyli artırır və xüsusilə sıx hərəkətli yollarda ciddi fəsadlara səbəb ola bilər.

Mütəxəssislər bildirirlər ki, velosipedçilər də digər yol hərəkəti iştirakçıları kimi qaydalara riayət etməli, təhlükəsizliyi prioritet hesab etməlidirlər. Bu cür məsuliyyətsiz hərəkətlər həm özləri, həm də ətrafdakılar üçün ağır nəticələr doğura bilər.

Eltac Zülfüqaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh