Azyaşlı uşağını xilas etdi, özü maşının altında qaldı - Ana dramı

Abşeron rayonunda dəhşətli yol qəzası baş verib. Hadisə Novxanı qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində “Mercedes” markalı yük maşını yolu keçmək istəyən ana ilə 4 yaşlı uşağı vurub. Piyada keçidini keçən ana üstlərinə avtomobil gəldiyini görəndə uşağı kənara tullayıb. Qadın özü isə avtomobilin zərbəsinə tuş gəlib. Ana aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Müxtəlif bədən xəsarətləri alan 4 yaşlı Cavadov Salman Ucal oğlu isə 1 Saylı Tibbi Kliniki Mərkəzə çatdırılıb. Həkimlər ona tibbi yardım göstərdikdən sonra azyaşlı reanimasiya şöbəsinə yerləşdirilib. Qəzanı törədən sürücü saxlanılıb. Avtomobil isə cərimə meydançasına yerləşdirilib. Qəzaya yüksək sürətin səbəb olduğunu bildirilir.
Faktla əlaqədar cinayət işi başlanılıb.
Yenicag.az
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












