Azyaşlı uşaqlarını təhlükəyə atan sürücü kameraya düşdü - VİDEO

Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə dekabrın 23-də, paytaxtın Səbail rayonu, Ziya Yusifzadə küçəsində baş verib.
Belə ki, 77-KQ-687 qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü baş yolda olduğu halda qəza işıqlarını qoşaraq asta sürətlə hərəkət edib. Görüntünü qeydə alan oxucu bildirir ki, həmin avtomobilin asta sürətlə hərəkət etməsi digər sürücüləri çaşdırıb. Elə başa düşülüb ki, o, yolun sağında dayanacaq. Lakin sola dönərək yoluna davam edib. Bu zaman məlum olub ki, sürücü iki azyaşlı övladını ön oturacaqda otuzduraraq onların həyatını təhlükə altında qoyub.
Qeyd edək ki, bu qayda pozuntusuna görə, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 3 bal 100 manat məbləğində cərimə nəzərdə tutulub.
Könül Rauf
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO
Sürücü evakuatoru işıqforun altında saxlayıb hərəkətə maneə yaratdı – 77-TE-419 - VİDEO










