Azyaşlının maşın sürməyi ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Qaydalar 28 Avqust 2023 19:17 Oxunub 2328
Azyaşlının maşın sürməyi ilə bağlı RƏSMİ AÇIQLAMA   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avtomobil idarə edən azyaşlının müəyyən edilməsi, yaşının dəqiqləşdirilməsi istiqamətində iş aparılır.

Bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev məlumat verib.

O qeyd edib ki, nəqliyyat vasitəsini idarə edən şəxs 16 yaşına çatıbsa, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib ediləcək, şəxs 100 manat məbləğində cərimə olunacaq:

“Bu halda nəqliyyat vasitəsinin sahibi 60 manat məbləğində cərimə ödəməli olacaq. Görüntülərdə əks olunan oğlanın yaşı 16-dan az olduğu təqdirdə isə qeyd olunan addım onun valideyni ilə bağlı atılacaq. Valideynə protokol tərtib olunub, 60 manat məbləğində cərimə cəzası tərtib ediləcək.

Bu kimi hallarda müvafiq icra hakimiyyətlərinin nəzdində fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın üzvləri də müvafiq addımlar atmalıdırlar. Ailə müəyyən edildikdən sonra onlarla profilaktik söhbət aparılmalı, bu kimi məqamların ciddiliyi, təhlükə ilə nəticələnə biləcəyi onlara izah edilməlidir. 

Hər bir halda tərəfimizdən müvafiq araşdırılma aparılıb, hüquqi qiymət veriləcək”.

***

Bakıda azyaşlı uşaq avtomobil idarə edib.

Görüntülər sosial şəbəkələrdə paylaşılıb. Videodan aydın olur ki, o, “10-VF-085” dövlət nömrə nişanlı, ağ rəngli “Nissan Patrol” markalı avtomobili idarə edir.

Uşağın maşın sürərək, bunu lentə aldırıb, sosial şəbəkələrdə paylaşması istifadəçilərin iradlarına səbəb olub.

Görüntüləri təqdim edirik: 

(oxu.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh