Babək prospektində nişanlanma xətləri bir-birinə qarışıb - Qəza şəraiti yaranır - VİDEO

Bir müddət əvvəl paytaxtın Babək prospektində maşın bazarının qarşısındakı dairə ləğv edildi. Avtosfer.az xəbər verir ki, bundan sonra hərəkətin təşkilinə də müəyyən dəyişikliklər olundu. Lakin tətbiq edilmiş nişanlanma xətləri silindiyi üçün sürücülər arasında anlaşılmazlıq yaranır.
Bu barədə oxuculardan biri qeydə aldığı videogörüntünü redaksiyamızın qaynar xəttinə göndərib. O qeyd edir ki, Mikayıl Əliyev küçəsindən Babək prospektinə daxil olan zaman zolaqlar arasındakı qırıq xətlər silinib. Asfalt üzərində qalmış əvvəlki xətlər isə tam silinmədiyi üçün qarışıqlıq yaranır. Sürücülər hansı zolağın yeni, hansı zolağın köhnə olduğunu anlamadıqları üçün bir-birinin zolağına keçərək qəza şəraiti yaradırlar.
Yolda yeni nişanlanma xətləri tam aydın şəkildə çəkilməli, köhnə və silinmiş xətlər isə tamamilə aradan qaldırılmalıdır.
Ümid edirik ki, müvafiq qurumlar bu məsələyə biganə qalmayacaq və yol hərəkətinin təhlükəsizliyinin təmin olunması üçün lazımi tədbirlər görüləcək.
Fərid
Məhəllədə maşın saxlamağa görə hansı halda cərimə yazılır? – AÇIQLAMA - VİDEO
Sürücü tıxacda qalmamaq üçün yolayrıcına qədər əks yolla sürdü - VİDEO
Milli Məclis İXM-də telefondan istifadəyə görə cərimə məsələsinə birtərəfli yanaşmamalıdır – EKSPERT
Zolağını dəyişən sürücü qəfil tormoz verib qəza şəraiti yaratdı - VİDEO
Dayanacağa girməyən avtobus sürücüsü yolda sərnişin düşürüb-mindirdi - VİDEO
Taksi çağıran sərnişin yer tapmadı – Duracağı zəbt etdilər - VİDEO
Ötmə qaydasını pozan sürücü təhlükə yaratdı, sonra "ara işlədi" - VİDEO
“Niva” sürücüsü qoşa xətdən sağa-sola keçib “hoqqa” verdi - VİDEO
Baş yoldakı maşını gözardı edən sürücü az qala qəza törədəcəkdi - VİDEO
Taksi duracağı şəxsi dayanacağa çevrildi – Sürücü yer tapa bilmədi - VİDEO
Yanaşı parklanan maşınlar yolu kəsib hərəkəti çətinləşdirirlər - FOTO












