Bacısından qaçarkən avtobusun altında qalan uşaq öldü - Sürücü özünü döydü - VİDEO

Türkiyənin Qaziantep bölgəsində bacısından qaçarkən yerə yıxılan 10 yaşlı suriyalı uşaq, sərnişin avtobusunun üstündən keçməsi nəticəsində yerindəcə keçinib. Əldə edilən məlumata görə, 6 il əvvəl Suriyadakı vətəndaş müharibəsindən qaçaraq Qaziantəpin Şehitkamil mahalı Girne Məhəlləsində məskunlaşan ailənin 10 yaşlı uşağı Abdo Həsən onu qovan bacısı Fadıma Həsəndən qaçarkən avtomobil yoluna çıxıb. Tarazlığını itirərək yıxılan Həsən İsrafil Y. -nın idarə etdiyi 27 H 0157 nömrəli sərnişin avtobusunun altında qalıb. Uşağı əzdiyinin fərqində olan sürücü avtobusu dayandırıb və sükan arxasından enib. Milli.az Milliyet-ə istinadən xəbər verir ki, uşağın qan içərisindəki bədənini görən avtobus sürücüsü şok keçirib. Əlləriylə dizinə və başına vuran sürücü uzun müddət düşdüyü şokdan çıxa bilməyib. Hadisənin ardından uşağın yaxınları da qəza yerinə gəliblər. Babası olduğu deyilən bir şəxs qəza sonrası nəvəsinin ayaqqabılarını götürərək bir başqa uşaqla evinə göndərdib. Qəza anı və sonrası isə anbaan təhlükəsizlik kameralarına əks olunub.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












