Bağça müdiri qaydaları pozdu, övladının həyatını təhlükəyə atdı - DYP-dən açıqlama - VİDEO

Abşeronda qadın sürücü yol hərəkəti qaydalarını heçə sayıb.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, avtomobili idarə edən xanım sözügedən qayda pozuntusunun videosunu öz sosial hesabında paylaşıb.
Bildirilir ki, görüntünü paylaşan İlahə Xudu qızı adlı şəxs özəl bağçalardan birinin müdiri və inkişaf mərkəzinin rəhbəridir.
Kadrlarda azyaşlı uşağın avtomobilin ön oturacağında əyləşdiyi görünür. Qanunvericiliyə görə, bu yaşda uşaqların ön oturacaqda oturmasına icazə verilmir.
Eyni zamanda, qadın sürücü təhlükəsizlik kəmərindən istifadə etməyib və hər iki əlini sükandan çəkib.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, sosial şəbəkələrdə yayılmış görüntülərlə bağlı araşdırma aparılır:
"Bir daha diqqətə çatdırırıq ki, azyaşlıların avtomobildə təhlükəsizlik qaydalarına zidd şəkildə daşınması yolverilməzdir. Bu cür qanun pozuntuları yalnız inzibati məsuliyyət deyil, həm də azyaşlıların həyat və sağlamlığı üçün birbaşa təhlükə yaradır.
Bir daha sürücülərin diqqətinə çatdırırıq ki, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, hərəkət iştirakçılarının həyat və sağlamlığının qorunması məqsədilə qanunvericiliyin tələblərinə qeyd-şərtsiz əməl edilməlidir", - deyə məlumatda bildirilir.
Sürücü göstərilmiş hansı istiqamətlərə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Vəsiqəsi əlindən alınan qadın sürücü bu dəfə sərxoş tutuldu - VİDEO
Yüksək sürətli yolda məsuliyyətsizlik: Sürücü dayanıb qəzanı izlədi - VİDEO
Bakıda təcili yardım sürücüsündən ŞOK ADDIM: Sərxoş və narkotikin təsiri altında... - VİDEO
Telefonla danışan avtobus sürücüsü sərnişinlərin həyatını riskə atdı - VİDEO
Avtoxuliqanlıq edərək sosial mediada video paylaşanlar həbs edildi - FOTO - VİDEO
Şəhərin mərkəzində velosiped zolağını zəbt edən sürücü - 90-EA-003 - FOTO
Atasının maşınını sürən azyaşlı özünü videoya çəkib sosial şəbəkədə reklam etdi - VİDEO
Bibiheybət yolunda təhlükəli vərdiş: Sürücülər əks yola çıxaraq xaos yaradır - VİDEO
Sürücülük vəsiqəsi almaq istəyən 18 yaşlı şəxslər təlimlərə nə vaxt başlaya bilər? – AÇIQLAMA
Prospektdə təhlükə: Azyaşlılar maşının pəncərəsindən sallandı - VİDEO








