Bağça uşaqları da yol hərəkəti qaydalarını öyrənir - FOTOLAR

Bu gün Bakıdakı "Olimp-H" uşaq bağçasında “Yol hərəkəti əlifbasını birlikdə öyrənək!” mövzusunda maarifləndirici məşğələ keçirildi. Məşğələdə 40-dan çox uşaq, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov, İdarənin digər əməkdaşları, polkovnik-leytenant Rasim Abdullayev, leytenant Vüsal Nağıyev, Bakı şəhər Baş Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla iş bölməsinin əməkdaşı, polis mayoru Kəmalə Ələkbərova, Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, KİV nümayəndələri, müəllim və valideynlər iştirak edib.
4-5 yaşlı uşaqlar müxtəlif səhnəciklər, şeirlər, mahnılarla yol hərəkətinə aid biliklərini nümayiş etdirdilər. Zalda yol nişanları ilə düzəldilmiş “şəhər küçələrində” qaydalara əməl etməklə maşın, velosiped sürdülər. Uşaqlara DYP əməkdaşları tərəfindən yol hərəkətinə aid suallar verildi. Həm sürücülük, həm də sual-cavab üzrə fərqlənən uşaqlar qiymətləndirildi.
Tədbirdə çıxış edən polkovnik Vaqif Əsədov bildirib ki, bu gün yol hərəkəti ilə bağlı təbliğat işinin bağçalarda aparılması vacibdir. Çünki uşaqlar elə bağça yaşlarından yol hərəkəti qaydalarını öyrənərsə, böyüdükçə bu biliklər ona həyatda faydalı olacaq. DYP rəsmisinin sözlərinə görə, təbliğat işində müəllimlərin də üzərinə mühüm vəzifə düşür: "Müəllimlər uşaqları elə öyrətməlidir ki, bu biliklər uşaqların yaddaşından silinməsin. Əvvəllər bu cür tədbirlərə diqqət az idi. Amma bu gün bağçalar, məktəblər yol hərəkəti qaydaları ilə bağlı tədbirlərə böyük maraq göstərirlər".
Bağçanın müdirəsi Gülsüm Hüseynova bildirdi ki, azyaşlı uşaqların yol hərəkəti qaydaları ilə bağlı bilikləri qısa müddətdə qavrayıb səhnəciklər göstərə bilməsi çox maraqlı və təəccüblüdür: "Biz bu tədbirə qısa zaman ərzində hazırlaşdıq. Lakin gördüyünüz kimi, uşaqlar yaxşı hazırlaşmışdılar və həvəslə də öyrənirdilər".
Sonda "Olimp-H" uşaq bağçasının müdirəsi Gülsüm Hüseynovaya 46 №-li Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin Diplomu təqdim olundu.
Emin
Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - VİDEO
Abşeronda REYD: Yol polisi bir gündə 122 motoxuliqanı SAXLADI - VİDEO
Xətaidə öz qanunları ilə hərəkət edən sürücü ard-arda qayda pozdu - VİDEO
Bu küçədəki səkini sürücülər parkinq kimi istifadə edir - VİDEO
Binəqədidə riskli manevrlər edən sürücü qoşa xətdən əks yola çıxdı - VİDEO
Hüquqsuz avtomobil idarə edən şəxs 20 GÜN HƏBS EDİLDİ - VİDEO
Avtomobili sıxışdırıb təhlükə yaratdı, ardınca əlini maşından çıxarıb… - VİDEO
Bahalı avtomobiliylə səkini zəbt edib piyadaları təhlükəyə atdı - VİDEO
"Vito" sürücüsü həbs edildi - VİDEO
Yolun ortasında qərar verə bilməyən sürücü dayanıb maneə yaratdı - VİDEO
Yol polisi Lənkəranda narkotik istifadə edən sürücüləri aşkarladı - FOTO





















