Bahalı avtomobillərlə avtoşluq edənlər barədə RƏSMİ AÇIQLAMA - VİDEO - YENİLƏNİB

Qaydalar 3 Sentyabr 2024 13:06 Oxunub 5480
Bahalı avtomobillərlə avtoşluq edənlər barədə RƏSMİ AÇIQLAMA  - VİDEO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Bakıda sürücülərin bahalı avtomobillərini yarışdırmasına dair yayılan videogörüntülər polis tərəfindən araşdırılıb".

Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib.

O qeyd edib ki, sosial şəbəkədə videogörüntüylə bağlı araşdırma aparılıb:

"Sözügedən məsələnin ötən ilin avqust ayında qeydə alındığı məlum olub və sürücülər barəsində qanunamüvafiq tədbirlər görülüb".

Xatırladaq ki, bir neçə gün əvvəl Bakıda sürücülərin bahalı avtomobillərini yarışdırmasına dair videgörüntüləri sosial şəbəkələrdə müzakirə mövzusu olmuşdu.

***

avqust 31, 12:18

Bakıda sürücülərin bahalı avtomobillərini yarışdırmasına dair görüntülər polis tərəfindən araşdırılır.

Avtosfer.az xəbər verir ki, açıqlamanı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis kapitanı Toğrul Nəsirli verib:

"Sosial şəbəkədə yayılmış videogörüntü ilə əlaqədar hazırda Sabunçu rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsində araşdırma aparılır".

***

Bakıda sürücülər bahalı avtomobillərini yarışdırıblar.

Avtosfer.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, "Range Rover" və digər bahalı avtomobil markalarının sürücüləri ötmə əməliyyatı edərək yollardakı hərəkət iştirakçıları üçün təhlükə yaradıblar.

Həmin görüntüləri təqdim edirik:

(oxu.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh