Bakı-Ələt yolunda yarışa çıxan "avtoş"lar təhlükə saçdılar - VİDEO

Bakı-Ələt yolunda avtoxuliqanlıq edən sürücülər kameraya düşüb. Bu barədə oxuculardan biri qeydə aldığı videonu sosial şəbəkə hesabımıza göndərib. Avtosfer.az xəbər verir ki, hadisə dekabrın 29-da, sözügedən yolun Qobustan qəsəbəsindən keçən hissəsində baş verib. Belə ki, 10-UX-048 və 18-BE-880 qeydiyyat nişanlı "Nissan" markalı avtomobillərin sürücüləri yüksək sürətlə hərəkət edərək yarışa çıxıblar. Onların yarış keçirmələri aydın şəkildə videogörüntüyə qeyd olunub.
İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsində qeyd olunub ki, aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə görə - nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
Fərid
Avtobus sürücüsündən TƏHLÜKƏLİ MANEVR: Qəza şəraiti yarandı - VİDEO
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO










