Bakı-Sumqayıt yolunda "ara işləyən" "Prius" təhlükəli anlar yaşatdı - VİDEO
Qaydalar
27 Sentyabr 2023 12:29
Oxunub 2362
Bakı-Sumqayıt yolunda qayda pozan sürücü avtomobillərə qəza şəraiti yaradıb.
Avtosfer.az-ın məlumatına əsasən, hadisə sentyabrın 22-də saat 17:34 radələrində qeydə alınıb. Belə ki, 77-FZ-527 dövlət nömrə nişanlı, “Toyota Prius” markalı avtomobilin sürücüsü ötmə və manevr qaydalarını ardıcıl olaraq kobud şəkildə pozub. Şikayətçinin iddiasına görə, o, avtomobilləri sıxışdıraraq qəza təhlükəsi də yaradıb. “Arxadan üstümüzə maşını sıxdı və tormoz verməsək bordürə dəyəcəkdik”, deyə zərərçəkmiş bildirib.
Qeyd edək ki, təhlükə saçan sürücü yol boyu zolaqdan-zolağa keçərək nəqliyyat vasitələrini ötməyə davam edib.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR