Bakı-Sumqayıt yolunda "ara işləyib" təhlükə yaradan "Prius" - VİDEO
Qaydalar
29 İyun 2023 13:10
Oxunub 1778
Bakı-Sumqayıt yolunda qaydaları pozan sürücü təhlükə yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə iyunun 25-də qeydə alınıb. Belə ki, 90-XY-580 qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobilin sürücüsü maşınların arasından keçərək manevr qaydasını pozub. O, daha sonra eyni qayda pozuntularını təkrar törətməklə gah sağdan, gah da soldan keçərək digər sürücülərə təhlükə yaradıb. Sonda tuneldə bütöv xəttin tələbini pozaraq sağdan ötmə əməliyyatı edib.
Fərid
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR