Bakı-Sumqayıt yolunda xoşagəlməz mənzərə: Skuteri yolun ortasına atıb getdi - VİDEO

Bakı-Sumqayıt yolunda xoşagəlməz görüntü qeydə alınıb.
Avtosfer.az-ın məlumatına görə, bu barədə izləyici redaksiyamıza videomaterial göndərib. Belə ki, elektroskuter avtomobillərin intensiv hərəkətdə olduğu yola atılıb və onu sürən şəxs hadisə yerində olmayıb. Nəticədə o, sürücülərə təhlükə yaradıb. Elektroskuterlərlə təhlükəsiz hərəkət etmək üçün velosiped zolaqlarından istifadə etmək lazımdır. Hərəkət zolağının təşkil olunmadığı küçələrdə isə bu cihazlardan istifadə edənlər yalnız avtomobil yolunun sağ kənar yolunda sürməlidirlər. Qanunvericiliyə görə skuter sürücülərinin səkiylə hərəkəti qadağandır.
Digər tərəfdən bu cihazlar vətəndaşlara müəyyən müddət ərzində (ödənişə əsasən dəyişir) icarəyə verilir və istifadə vaxtı başa çatdıqdan sonra avtomatik olaraq dayanır. Təbii ki, istifadəçi əlavə ödəniş edərək onun müddətini artıra bilər, yaxud elektroskuteri olduğu yerdən sürükləyib təyin olunmuş məntəqəyə gətirməlidir.
Qeyd edək ki, sözügedən nəqliyyat vasitəsindən istifadə edən şəxslərin yol hərəkəti qaydalarına riayət etməlidirlər. Əks halda skuter sürücüləri İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə uyğun olaraq, cərimələ bilərlər.
Nərmin
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO










