Bakı-Sumqayıt yolunda sürücülərin əksəriyyəti bu səhvi təkrarlayır - DİQQƏT! - VİDEO
Qaydalar
16 Dekabr 2025 16:00
Oxunub 864

Sosial şəbəkələrdə sürücülər üçün maarifləndirici məzmunlu video paylaşılıb.
Avtosfer.az xəbər verir ki, videonu yayımlayan sürücü Bakı-Sumqayıt yolunda Xırdalan istiqamətində hərəkət etdiyini bildirərək, sözügedən yolda vacib nüansı vurğulayıb.
Onun sözlərinə görə, bu istiqamətdən Xocəsən qəsəbəsinə doğru hərəkət etmək istəyən sürücülər mütləq avtobus zolağındakı qırıq-qırıq xətlərdən sağa çıxmalıdırlar. Vətəndaş qeyd edib ki, bu qaydaya əməl edilmədiyi halda, yol hərəkəti qaydalarının pozan avtomobil idarəçilərinə 100 manat məbləğində cərimə tətbiq olunur. Paylaşılan videoda yolun hərəkət sxemi, zolaqların bölgüsü və mümkün çaşqınlıq yaradan məqamlar da əyani şəkildə göstərilib.
Nurcan Babək
ŞƏRH YAZ













