Bakıda 110 gün həbsdə olan sürücü yenə "avtoş" kimi tutuldu - ŞOK VİDEO

Qaydalar 22 İyul 2021 17:00 Oxunub 10952
Bakıda 110 gün həbsdə olan sürücü yenə "avtoş" kimi tutuldu - ŞOK VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Dünən Binəqədi rayonu ərazisində avtoxuliqanlıq edən 26 yaşlı Şərifov Nurməmməd Məhəmməd oğlu  saxlanılıb. Avtosfer.az xəbər verir ki, 99-OV-039 qeydiyyat nişanlı “Niva” markalı avtomobili idarə edən sürücü nəqliyyat vasitəsinə konstruksiya dəyişikliyi etdiyi üçün yol polisi tərəfindən saxla işarəsi verilib. Zərifə parkının qarşısında polisin qanuni tələbinə əməl etməyən sürücü qaçmağa çalışıb. Daha sonra Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları post patrul xidmətinin əməkdaşları ilə birlikdə “Tərlan” şadlıq evinin qarşısında süni tıxac yaradaraq həmin nəqliyyat vasitəsini saxlaya biliblər. Bu zaman ərazidən qaçmağa çalışan sürücü idarə etdiyi avtomobiliylə yol patrul xidməti maşınını əzib. Buna baxmayaraq, polis əməkdaşları həmin sürücünü saxlayaraq barəsində araşdırmalara başlayıb. Məlum olub ki, Şərifov Nurməmməd Məhəmməd oğlu 2021-ci il ərzində 110 gün inzibati həbsdə olub. Yəni, avtoxuliqanlıq əməlinə görə 3 dəfə məhkəmə qərarı ilə inzibati həbs cəzasına məhkum edilib, sürücülük hüququ isə 1 il müddətinə məhdudlaşdırılıb. Buna baxmayaraq, sürücülük hüququ olmadan yenə də nəqliyyat vasitəsini idarə etməyə davam edir.

Sonuncu dəfə 1 ay əvvəl həbsdən buraxılan bu şəxs demək olar ki, tez-tez Binəqədi rayon ərazisində Zərifə parkının və Heydər məscidinin ətrafında avtoxuliqanlıq hərəkətlərinə yol verir. Onun barəsində toplanmış materiallar Binəqədi rayon yeddinci polis bölməsinə göndərilib. Bu gün işə Binəqədi rayon məhkəməsində baxılacaq.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh