Bakıda 32 avtobus sürücüsü işdən azad edildi

Bakı Nəqliyyat Agentliyi yarandığı gündən “Alo 141” çağrı mərkəzinə daxil olan şikayətlər əsasında 32 sürücünü vəzifə səlahiyyətlərini düzgün icra etmədiyinə görə və ciddi qayda pozuntuları əsasında işdən azad edib. Avtosfer.az xəbər verir ki, bu barədə Lent.az-a agentliyin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib. Onun sözlərinə görə, sürücünü işdən çıxartmaq daşıyıcı şirkətə məxsusdur: “Sürücü daşıyıcı şirkətlə müqavilə əsasında işləyir. Bakı Nəqliyyat Agentliyi “Alo 141”ə gələn şikayətlər əsasında daşıyıcı şirkət qarşısında konkret sürücü ilə bağlı məsələ qaldırır".
“Alo 141” çağrı mərkəzi hazırda paytaxt nəqliyyatı ilə bağlı ümumi sualların, şikayətlərin cavablandırılacağı yeganə ünvandır. Çağrı mərkəzinə əsasən 16, 18, 21, 96, 124, 148, 150, 155, 168, 173, 175, 198 saylı marşrut xətlərində çalışan sürücülərdən şikayət daxil olub. Bu şikayətlər araşdırıldıqdan sonra 78 sürücü və digər məsul şəxs xəbərdarlıq və şiddətli töhmət alıb.
N.Allahyarova deyib ki, paytaxtda sərnişin daşınmasında istifadə olunmaqda olan istismar müddəti bitmiş və yararsız halda olan avtobuslarla bağlı Bakı Nəqliyyat Agentliyində tələblər işlənib: “Həmin tələblərə cavab verməyən avtobuslar bu ilin sonuna qədər mərhələli şəkildə xətdən çıxarılacaq, tam standartlara cavab verən avtobuslarla əvəzlənəcək. Bununla bağlı konsepsiyaya hazırlanıb. Konsepsiyaya əsasında zamanla bütün avtobuslar yenilənəcək. Konsepsiya bu ilin oktyabr ayından başlayaraq tətbiq olunmağa başlayacaq. Bununla bağlı sahibkarların qarşısına şərt qoyulub”.
Bundan başqa yeni konsepsiyaya görə, sərnişin daşınmasında istifadə edilən avtobus və taksilərin salonlarında həmin nəqliyyat vasitələrinin dövlət nömrə nişanı, sürücünün adı, soyadı və hər hansı bir neqativ hal baş verən zaman sərnişinin birbaşa müraciət edə bilməsi üçün “Alo 141” çağrı mərkəzinin nömrəsi də yazılacaq: “Bununla da, sərnişinlər sürücü ilə ünsiyyət qurmadan birbaşa Bakı Nəqliyyat Agentliyinin çağrı mərkəzinə zəng edərək şikayətlərini rəsmiləşdirə bilərlər. Həmçinin, bütün avtobusların salonuna nəzarət kamerası yerləşdiriləcək. Hesab edirik ki, bu yolla sürücülər daha məsuliyyətli olacaqlar”.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












