Bakıda 50-ə yaxın avtobus sürücüsü işdən çıxarılıb

Bakı Nəqliyyat Agentliyi ictimai nəqliyyatda sərnişindaşıma ilə məşğul olan şirkətlərə cari ilin əvvəlindən 49 sürücünün işdən kənarlaşdırılması barədə göstəriş verib. Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib. O bildirib ki, buna səbəb həmin daşıyıcı şirkətlərə məxsus xətlərdə istismar olunan avtobusların sərnişindaşıma zamanı qəza şəraiti yaratması olub. İşdən kənarlaşdırılanlar arasında avtobus sürücüləri ilə yanaşı dispetçerlər də var. N.Allahyarova bildirib ki, 49 nəfərin işdən uzaqlaşdırılmasına sərnişin daşınmasında yol verilən kobud nöqsanlar, sürət həddinin aşılması, davranış qaydalarında yol verdikləri qüsurlar, qəza vəziyyətinin yaranması kimi qayda pozuntuları daxildir. “İşdən azad olunan sürücülər arasında yenidən işə bərpa olunanlar da var. Sərnişindaşımada kobud qayda pozuntularına yol verən sürücülərdən bəziləri bir neçə aydan sonra həmin daşıyıcı şirkətlərin öz təlim bazasında təlim keçərək yenidən işə bərpa olunub”, - deyə N.Allahyarova vurğulayıb.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












