Bakıda 9 sürücü yolun ortasında maşın saxlayıb məhəllənin girişini bağladı - VİDEO

Bəzi sürücülər avtomobillərini elə yerlərdə park edir ki, piyadaların hərəkətinə çətinlik yaratmaqla yanaşı, sakinlərin öz evlərinə və iş yerlərinə rahat gedib-gəlməsinə də ciddi maneə törədir.
Avtosfer.az xəbər verir ki, paytaxtın Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində də bu cür vəziyyət yaşanıb. Vətəndaş Səbuhi Axundov sosial şəbəkədə paylaşdığı videoda qeyd edib ki, məhəlləyə giriş bir neçə avtomobil tərəfindən tamamilə bağlanıb. Buna görə də, şəxsi qarajına yaxınlaşa bilməyib.
Görüntülərdən aydın olur ki, 99-GL-141 dövlət qeydiyyat nişanlı “Mercedes”, 10-SR-707 və 99-KC-929 nömrəli iki “Toyota”, 77-LC-523 nömrəli “KİA”, 90-GN-074 nömrəli “Mitsubishi”, 99-NH-611 nömrəli “Mercedes”, 77-RK-910 nömrəli “KİA”, 10-SR-768 nömrə nişanlı “VAZ” və nömrəsi görünməyən “Chevrolet” markalı avtomobillər məhəllənin giriş yolunu tam şəkildə zəbt ediblər.
Bu hal həm piyadaların, həm də digər nəqliyyat vasitələrinin hərəkətinə ciddi şəkildə maneə yaradıb.
Eltac Zülfüqaroğlu
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO












