Bakıda ağac sürücünü "işə saldı" - 100 manat cərimələndi - VİDEO

Paytaxtın Yasamal rayonunda Akim Abbasov və Abbas Mirzə Şərif küçələrinin kəsişməsindən avtomobillə keçən sürücü çaş-baş qalıb. Avtosfer.az xəbər verir ki, bu barədə məlumat "Baku.ws"in "qaynar xətti"nə daxil olub. Sürücü bildirib ki, sözügedən ərazidə ağacın budaqları işıqforun qarşısını kəsib. Nəticədə kəsişmədən keçən sürücülər svetafotun işıqlarını son anda görür və cərimələnir. "Svetoforun işığı ağacın yarpaqlarına görə görünmür və sürücülər sarı, qırmızı işıqda keçirlər. Nəticədə onlara cərimə yazılır. Mən də sarı işıqda keçdim və 100 manat cərimələndim", - deyə şikayətçi bildirib. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinə sorğu ünvanladıq. Qurumun mətbuat katibi Ömər Xıdırov bildirdi ki, NİİM-in əməkdaşları paytaxt yollarında monitorinq aparıblar. Monitorinqlər zamanı görüntüsü məhdudlaşdırılmış 34 yolayırıcında olan svetoforların siyahısı tərtib olunaraq ağacların budanması üçün aidiyyəti dövlət qurumuna göndərilib.
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO
Bakıda tıxacdan qaçmaq istəyən sürücü polisdən qaça bilmədi - VİDEO
"AA" seriyalı avtomobilin sürücüsü yolu kəsdi - VİDEO
Şəhərin mərkəzində nişanlara məhəl qoymayan sürücü qaydanı pozdu - VİDEO
Yolayrıcını düzgün keçə bilməyən avtobus sürücüsü əks yola çıxıb maneə yaratdı - VİDEO
Reyddə saxlanılan sürücü sərxoş çıxdı: “Jurnalist çağırın” deyib dava saldı - VİDEO
Dönmə işığına arxayın olan "BakuBus" sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Masazırda yolu kəsən sürücü görün özünə necə haqq qazandırdı - VİDEO










