Bakıda "ara işləyən" sürücü təhlükə yaratdı - VİDEO
Qaydalar
22 İyul 2024 12:59
Oxunub 678
Bakıda manevr qaydasını pozan sürücünün videosunu oxuculardan biri redaksiyamızın qaynar xəttinə göndərib. Avfosfer.az xəbər verir ki, hadisə iyulun 19-da, Şəmsiz Bədəlbəyli küçəsində baş verib. Belə ki, 77-MH-835 qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobilin sürücüsü iki maşının arasından keçərək manevr qaydasını pozub. Bu hərəkəti edən sürücü görüntünü qeydə alan avtomobilə təhlükə yaradıb.
Qeyd edək ki, bu qayda pozuntusuna görə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində 40 manat məbləğində cərimə nəzərdə tutulub.
Könül Rauf
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR