Bakıda "Mercedes" "Prado"nu belə aşırdı; zəncirvari qəzadan - REAL VİDEO - FOTO
Qaydalar 2 Aprel 2021 00:08 Oxunub 12242
Bakıda "Mercedes" "Prado"nu belə aşırdı; zəncirvari qəzadan - REAL VİDEO   - FOTO

Bir neçə gün əvvəl paytaxtın Heydər Əliyev prospektində baş vermiş ağır qəzanın görüntüləri yayılıb. Avtosfer.az xəbər verir ki, Heydər Əliyev prospekti ilə üzü "Koroğlu" metrostansiyası istiqamətində hərəkətdə olan "Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirərək əks istiqamətə çıxır. Bu zaman qarşıdan gələn "Toyota  Prado" markalı avtomobilə çırpılır.  Zərbənin gücündən "Prado" aşır və "Range Rover" markalı avtomobilə dəyir. "Mercedes" isə digər bir maşına da çırpılır və onu yolun kənarına atır. 

Qeyd edək ki, hadisə nəticəsində bir neçə avtomobilə ciddi ziyan dəyir. Həmçinin bir nəfər ölüb və bir neçə şəxs xəsarət alıb. 
Hadisənin baş vermə anının videosunu təqdim edirik:

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh