Bakıda avtobuslara qarşı sərt tədbirlərə start verildi – FOTOLAR

Bakı Nəqliyyat Agentliyinin (BNA) müntəzəm sərnişindaşıma ilə məşğul olan hüquqi və fiziki şəxslər qarşısında qoyduğu tələblərin icra vəzəyyətini yoxlamaq məqsədi ilə keçirilən növbəti monitorinq nəticəsində tələblərin pozulması hallarına yol verən daşıyıcı və sürücülərə qarşı ciddi cəza tədbirləri görülüb. Avtosfer.az Agentliyə istinadən verdiyi xəbərə görə, 213 nömrəli marşrut xəttində fəaliyyət göstərən 90 TV 751 DQN-lı avtobusu idarə edən sürücü Sahib Qasım oğlu Baloğlanov isə “D” kateqoriyalı sürücülük vəsiqəsinə malik olmadığı üçün dərhal sərnişindaşımadan kənarlaşdırılıb. Fakt sürücü bazasının formalaşdırılması çərçivəsində aparılan araşdırma nəticəsində aşkar edilib.
Eyni zamanda, 150 nömrəli müntəzəm marşrutda fəaliyyət göstərən 10 TF 378 DQN-lı avtobusun sürücüsü Rəşad Kifayət oğlu Qazıyev sərnişinlə YDM-ə daxil olduğu üçün sürücünün izahatı alınıb və xəbardarlıq edilib. Məlumat üçün qeyd edək ki, 150 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların texniki baxımdan qoyulan tələblərə cavab verməməsi, istehsalat bazalarının yarasız vəziyyətdə olması, sürücülər tərəfindən ciddi qayda pozuntularına yolvermə hallarının çox olması ilə bağlı dəfələrlə xəbərdarlıq edilib. Buna baxmayaraq, daşıyıcı qeyd edilən nöqsanların aradan qaldırılması istiqamətində konkret addımların atılmasını təmin etməyib. Bütün bu hallar nəzərə alınaraq 150 nömrəli müntəzəm marşrut xəttinin müvəqqəti istismarını həyata keçirən daşıyıcının dəyişdirilməsi qərara alınıb.
Analoji qərar 148 nömrəli marşrut xətti ilə bağlı da qəbul edilib. Aparılan monitorinqlər zamanı bu marşrut xətti üzrə da avtobusların texniki baxımdan qoyulan tələblərə cavab vermədiyi müəyyən edilib.
Monitorinqlər zamanı yol hərəkəti qaydalarını pozmaqla sərnişinlərin həyatını təhlükəyə atan sürücülər də müəyyən edilib. Belə ki, 4 nömrəli müntəzəm marşrut xətt avtobusunun sürücüsü Cavid Ələsgərov qoşa xəttin tələbini kobud şəkildə pozaraq əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin yoluna çıxdığı üçün BNA-nın təqdimatı əsasında işdən azad edilib.
BNA bəyan edir ki, qısa vaxt ərzində müasir tələblərə uyğun istehsalat bazasınıa malik olmayan, nəqliyyat vasitələri texniki cəhətdən saz vəziyyətə gətirməyən və peşəkar sürücü bazasını formalaşdırmayan daşıyıcılara qarşı səlahiyyətləri çərçivəsində ən sərt tədbirlərin görülməsini davam etdirəcək.
Emin
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO






















